• DÜNYA

    13:19 16 may 2019

Cavad Zərif: "Beynəlxalq ictimaiyyət İranla iqtisadi əlaqələri normallaşdırmalıdır"

"Əgər beynəlxalq ictimaiyyət nüvə proqramı ilə bağlı Birgə Fəaliyyət Planını saxlamaq istəyirsə, İranla iqtisadi əlaqələri normallaşdırmalıdır".

ONA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaponiyalı həmkarı Taro Kono ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Mən yaponiyalı həmkarıma bildirdim ki, İran regionda gərginlik yaratmağa çalışmır, ancaq Tehran öz hüquqlarını müdafiə edəcək", - deyə Cavad Zərif bildirib.

Yaponiyann xarici işlər naziri isə öz ölkəsinin Birgə Fəaliyyət Planına sadiq olduğunu qeyd edərək, regionda gərginlik yaradılmasından uzaq olmağa çağırıb.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR