• DÜNYA

    21:36 9 sentyabr 2019

Çavuşoğlu Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon bağlantısı yaradaraq, Suriyanın İdlib bölgəsindəki vəziyyəti və Suriyanın konstitusiya komitəsinin yaradılmasını müzakirə ediblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

“Nazirimizlə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Onlar Suriyadakı, xüsusən İdlibdəki vəziyyəti, Astana prosesini və konstitusiya komitəsinin yaradılması məsələlərini müzakirə ediblər”, - deyə agentliyin mənbəyi bildirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR