• DÜNYA

    19:14 9 may 2019

Çavuşoğlu Pompeo ilə S-400 məsələsini müzakirə edəcək

“S-400-lə bağlı ABŞ və digər ölkələrdən bizə tələblər davam edir”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 may Avropa Günü ilə əlaqədar Aİ-nin İslahat Fəaliyyət Qrupunun Türkiyədəki altıncı toplantısında səsləndirib. Nazir bildirib ki, ABŞ-ın S-400 sistemlərinin F-35-ə verə biləcəyi zərərlə bağlı iddiaları var: “Biz də bu iddiaları qəbul etmirik və hesab edirik ki, bu məsələdə son sözü ekspertlər deyə bilər. Bunun üçün də biz ortaq bir işçi qrupunun yaradılmasını təklif etdik. Hətta bu qrupa NATO-nun sədrlik edəcəyini dedik. Türkiyə bu məsələlərdə həmişəki kimi şəffafdır və özünə güvənir. Narahatlığı olan varsa işçi qrupu yaradılsın və araşdırma aparılsın. Əgər ABŞ bu məsələdə özünə güvənirsə, işçi qrupunun yaradılmasına razılıq verməlidir. Yaxın günlərdə ABŞ dövlət katibi ilə bu məsələ ilə bağlı telefon danışığımız olacaq”

ONA

Teqlər:

SON XƏBƏRLƏR