Dünyanın ən varlı insanı, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos xanımı Makkenzi Mezosdan boşanıb. Boşanma prosesində Makkenzi “Amazon”un səhmlərinin 75 faizinin, eləcə də "The Washington Post" qəzetindəki və "Blue Origin" şirkətindəki paylarının C.Bezosa verilməsinə razı olub.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə M.Bezos bu barədə şəxsi "Twitter" səhifəsində yazıb.
“Cefflə yollarımızı ayırarkən qarşılıqlı dəstəyə görə minnətdaram. "The Washington Post" və "Blue Origin"dəki bütün payımın, eləcə də “Amazon”a aid səhmlərin 75%-nin verilməsinə görə çox xoşbəxtəm”, - Makkenzi belə yazıb.
Qeyd edək ki, C.Bezos 2018-ci ildə öz sərvətini 115 mlrd. dollara çatdırıb və bununla da dünyanın ən varlı insanlarının siyahısında birinci yeri tutub. Hazırda onun sərvəti 137 mlrd. dollar təşkil edir. Bezosun “Blue Origin” adlı aerokosmik şirkəti, ABŞ-ın müxtəlif yerlərində daşınmaz əmlakları və Beverli-Hilsdə qiyməti 12,9 milyon dollar olan malikanəsi var.