“FETÖ işilə bağlı indiyə qədər 540 min əməliyyat aparılıb”.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Baş Polis İdarəsinin rəhbəri Cəlal Uzunqaya 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar son vəziyyət haqqında danışarkən bu fikirləri bildirib.
O, FETÖ işilə bağlı indiyədək toplanan tədqiqat materialları arasında 2 milyona yaxın rəqəmsal məlumatların olduğunu deyib: “Bunlardan 1 milyon 670 mini araşdırılıb və aidiyyəti
üzrə təqdim olunub. Bu materiallar son dərəcə önəmli dəlillərdir”.
Uuzunqaya “FETÖ əməliyyatları” ilə əlaqəli hüquq-mühafizə orqanlarından 35 min vəzifəli şəxsin həbs olunduğunu bildirib: “255-260 min kadrımızdan 15 faizi vəzifəsindən azad olunub. Ümumilikdə Türkiyədə ilk başdan həftədə 2 minə qədər şübhəli şəxs dindirilibsə, sonrakı mərhələdə daha dəqiq sübutlarla bu rəqəm 500-600-ə endirilib. Amma əvvəlki əzm və davamlılıqla tədqiqatlarımız davam edir. Çünki “FETÖ izi” hələ də tam təmizlənməyib”.