• DÜNYA

    18:35 1 mart 2019

Cənubi Koreya ABŞ və Şimali Koreya arasında vasitəçilik etmək istəyir

“Biz ABŞ və Şimali Koreya arasındakı problemin hərtərəfli həlli üçün hər iki ölkə ilə sıx əməkdaşlıq edəcəyik”.

ONA-nın “Reuters”ə istinadən məlumatına görə, bunu Cənubi Koreya prezidenti Mun Cje In bəyan edib.

O deyib ki, Cənubi Koreya şimal qonşusu ilə birgə turizm layihələri və Kaesong Sənaye kompleksində işlərin bərpası üçün rəsmi Vaşinqtonla məsləhətləşmələr aparacaq.

Xatırladaq ki, fevralın 28-də ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında Vyetnamın paytaxtında keçirilən görüş nəticəsiz başa çatıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR