Cənubi Koreya Şimali Koreyanı hərbi gərginlik yaratmamağa çağırıb.
ONA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə Cənubi Koreya Şimali Koreyanı yarımadada hərbi gərginliyi artıra biləcək addımlar atmamağa çağırıb və Şimali Koreyanın qısamənzilli raketlərdən istifadə etməsindən narahatlıq duyduğunu ifadə edib.
Cənubi Koreya hökuməti Pxenyanın son addımının Koreya daxilində hərbi anlaşmaya zidd olduğunu bəyan edib.
"Nüvə silahları proqramı ilə bağlı danışıqların sürətləndirilməsi istiqamətində Şimali Koreyanın aktiv iştirakını gözləyirik", - deyə Cənubi Koreya prezidentinin sözçüsü əlavə edib.