• DÜNYA

    01:09 28 mart 2019

Çexiya Qolan yüksəkliklərini işğal olunmuş ərazi hesab edir

Çexiya hökuməti Qolan yüksəkliklərinin işğal olunmuş ərazi olması ilə bağlı vahid Avropanın mövqeyini və BMT-nin Təhlükəsizlik Şurasının mövcud qətnamələrini dəstəkləyir.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Çexiya Diplomatik Ofisinin rəhbəri Tomaş Petrşiçek Praqada Livanın xarici işlər naziri Cebran Basillə görüşdən sonra deyib.

“Çexiya BMT TŞ-nin Qolan yüksəkliklərinə dair qətnaməsini, eyni zamanda vahid Avropa mövqeyini tam dəstəkləyir və bu əraziləri işğal olunmuş ərazi hesab edirik. Biz heç bir halda beynəlxalq hüquq normalarını və beynəlxalq qətnamələri pozmaq istəmirik”, - deyə Petrşiçek qeyd edib.

Livanın XİN rəhbəri C.Basil də öz növbəsində Donald Trampın qərarını Suriyanın hüquqlarının pozulması kimi qiymətləndirib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR