• DÜNYA

    15:17 6 fevral 2022

Çexiya, Slovakiya və Avstriya XİN başçıları Kiyevə səfər edəcək

Ukrayna xarici işlər naziri Dmitro Kulebanın dəvəti ilə Çexiya, Slovakiya və Avstriya xarici siyasət idarələrinin rəhbərləri Yan Lipavskiy, İvan Korçok və Aleksander Şallenberq 7-8 fevral tarixlərində Kiyevə səfər edəcək.

ONA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Ukraynada təhlükəsizliyin möhkəmləndirilməsi, ölkəyə iqtisadi dəstək və maliyyə sabitliyi məsələləri müzakirə olunacaq.

Qeyd olunub ki, bu formatda səfər Ukrayna ilə həmrəyliyi nümayiş etdirəcək.

Çexiya, Slovakiya və Avstriya XİN başçıları vəziyyətlə tanış olmaq üçün Ukraynanın şərqinə, münaqişə regionuna da baş çəkəcəklər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR