Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanlardan ikisi Praqadakı “Na Bulovce” xəstəxanası, bir nəfər isə Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilib.
Koronavirusa yoluxanlardan biri İtaliyadakı universitetlərdən birində təcrübə keçdikdən sonra Praqaya qayıdıb. Praqada xəstəxanaya yerləşdirilən amerikalı qadın isə Milanda təhsil alıb. Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilən üçüncü şəxs isə İtaliyada kurortda istirahətdə olub.