• DÜNYA

    05:12 8 may 2021

Çexiyada vilayət rəhbəri "Sputnik V"lə bağlı açıqlamasından sonra vəzifəsindən kənarlaşdırılıb

Çexiya Baş nazirinin birinci müavini və Daxili İşlər naziri Yan Hamaçek Pardubitçe vilayətinin rəhbəri Martin Netolitskini “Çexi Poçtu”una Nəzarət şurası üzvlüyündən azad edib.

APA xəbər verir ki, bu barədə siyasətçinin özü yerli “Novinky.cz” xəbər portalına açıqlama verib.

Lakin M.Netolitski işdən çıxarılma səbəbini tam təfərrüatını bilmədiyini deyib.

Qeyd edək ki, o, Rusiya istehsalı "Sputnik V" peyvəndi ilə bağlı açıqlamasından sonra tutduğu vəzifədən kənarlaşdırılıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR