• DÜNYA

    04:17 27 avqust 2019

Çexiyaya məxsus "Boeing 737" təyyarəsi Yunanıstandan bir mühərriklə qayıdıb

Çexiyanın ucuz “Smartwings” aviaşirkətinin “Boeing 737” tipli sərnişin təyyarəsi bir mühərriklə Yunanıstanın Samos adasından Praqaya uçuş edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, havaya qalxdıqdan bir qədər sonra təyyarənin iki mühərrikindən biri sıradan çıxıb. Hadisə Egey dənizi üzərində baş verib.

Təyyarənin kapitanı Samosa qayıtmamaq barədə qərar verib. O, yüksəklik səviyyəsini aşağı salıb və 2,5 saatdan sonra avialayner Praqa hava limanında yerə enib. Bildirilir ki, təyyarənin göyərtəsində 170 sərnişin olub və onlara texniki nasazlıq barədə məlumat verilməyib.

Çexiyanın hava sərnişindaşıma idarəsi hazırda təyyarənin bir mühərrikinin sıradan çıxması hadisəsini və ekipaj komandirinin yaxın aeroportların birində təcili eniş etməməsinin səbəblərini araşdırır.

Ekspertlərin rəyinə görə, “Smartwings” sərnişinlərin hava yolu ilə daşınmasının təhlükəsizlik qaydalarını kobud surətdə pozub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR