YSK heç bir maddi sübuta əsaslanmayan etirazları qəbul edərək seçki nəticələrini sıfırlamaqla öz varlığını da inkar etmiş olub.
ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Faiq Öztrak deyib.
O bildirib ki, məlum qərardan sonra CHP təşkilat nümayəndələri partiya sədri Kamal Kılıçdaroğlunun rəhbərliyi ilə təcili bir araya gəlib. Toplantıda YSK-nın verdiyi qərar qiymətləndirilib.
"Açıq şəkildə ifadə edirəm, ölkəmizdə bir hüquq cinayəti işlənib. İtirən tərəf millətin iradəsini nümayiş etdirən seçki və Türkiyə demokratiyasıdır. Ali Seçki Qurumu qanunlara və öz səlahiyyətlərinə riayət etməyərək özünü bu qərarla inkar edib. Bu qərarla seçici iradəsinə göz yumulub”, - F.Öztrak belə deyib.