• DÜNYA

    12:32 24 may 2020

ÇİN ÜST-ün bazasında pandemiyanın səbəbi ilə bağlı araşdırma aparılmasını təklif edib

Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bazasında yeni növ koronavirusun (COVİD-19) mənşəyi ilə bağlı beynəlxalq və ədalətli araşdırma aparılmasını dəstəkləyir.

ONA-nınTASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Çin Xalq Yığıncağının III sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Çin Xarici İşlər naziri Van İ. bildirib.

Van İ. deyib ki, Çin beynəlxalq elmi ictimaiyyətin koronavirusun mənbəyinin müəyyənləşdirilməsi ilə bağlı birgə səylərini dəstəkləyir: “Əsas odur ki, bu, peşəkar, ədalətli və konstruktiv proses olsun. Bu araşdırma elmə və ÜST-ün bazasına əsaslanmalıdır”.

Van İ. pandemiya ilə bağlı Çindən kompensasiya tələb edilməsinin əsassız olduğunu və beynəlxalq hüquq normalarını pozduğunu vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR