Çili polisi Santyaqo şəhər aeroportunda 15 milyon dollardan çox pulun oğurlanması nəticələnən oğurluq faktını araşdırır.
APA xəbər verir ki, bu barədə “24 Horas” telekanalı məlumat yayıb.
“7-10 nəfərlik qrup aeroportun anbar ərazisinə daxil olub və qiymətli əşyaların daşınmasını həyata keçirən şirkətə məxsus avtomobildən pulları aparıblar”, - məlumatda belə deyilir.
Bildirilir ki, cinayətkarlar 14 milyon dollar və bir milyon avro vəsaiti oğurlayıblar. Bu, təxminən 13 milyard Çili pesosuna bərabərdir.