Çilidə “Camanchaca” şirkətinə məxsus kiçiktutumlu təyyarə yaşayış evlərinə çırpılıb.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “24 horas” portalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hadisə Puerto-Mont şəhərində baş verib. Təyyarə evlərə çırpıldıqdan sonra yanğın başlayıb.
Həmin vaxt təyyarədə 6 nəfərin olduğu və onların hamısının həyatını itirdiyi deyilir.
Həmçinin hadisə baş verərkən evlərin yaxınlığında olan bir qadın xəsarət alıb. O, təcili xəstəxanaya çatdırılıb.
Hazırda təyyarə qəzasının təfərrüatları araşdırılır.
Sərxan Kamallı
Teqlər: Çili təyyarə qəzası aviaqəza