• DÜNYA

    04:35 12 may 2019

Çilidə yol qəzasında sərnişinlərdən 6-sı ölüb, 45-i yaralanıb

Çilinin Araukaniya əyalətində ağır yol qəzası baş verib.

ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı dolu sərnişin avtobusunun aşması nəticəsində çox sayda ölən və yaralananlar var. sərnişin avtobusu aşıb.

İlkin məlumata görə, ölənlərin sayı 6, yaralıların isə 45-dir. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Bildirilir ki, hadisə avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Əlavə məlumat verilməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR