• DÜNYA

    11:05 10 may 2019

Çin ABŞ-ın vergilərin artırılması qərarına qarşı zəruri tədbirlər görməyi nəzərdə tutur

"Çin ABŞ-a ixrac olunan Çin malları üzərinə qoyulan vergini artırılması qərarına dərindən təəssüflənir".

ONA-nın Çinin Ticarət Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

“ABŞ bu ölkəyə 200 milyard dollar dəyərində ixrac olunan Çin mallarına qoyulan vergini 10 faizdən 25 faizə qaldırıb. Çin bu qərardan dərin təəssüf hissi keçirir və bu qərara qarşı zəruri cavab tədbirləri atmalı olacaq”,- deyə bəyanatda qeyd olunur.

Nazirlik bildirib ki, Çin və ABŞ arasında ticarət danışıqları davam edir və onlar ümid edir ki, tərəflər birgə işləyərək mövcud problemi əməkdaşlıq və məsləhətləşmələr vasitəsilə həll edəcəklər.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR