• DÜNYA

    15:15 2 iyun 2019

Çin ABŞ-la ticarət müharibəsinə dair "Ağ kitab"ı açıqlayıb

Çin Dövlət Şurası ABŞ-la ticarət müharibəsinə dair Proqramı - "Ağ kitab"ı açıqlayıb.

ONA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, "Ağ kitab"da iki ölkə arasında başlanan ticarət müharibəsinə görə məsuliyyət ABŞ-ın üzərinə qoyulsa da, Pekinin danışıqlara hazır olduğu vurğulanır.

Sənəddə qeyd edilib ki, Çin ticarət müharibəsi istəmir, ancaq bu müharibədən də qorxmur: "Ehtiyac olsa, Çin sona qədər mübarizə aparacaq. Danışıqlarda ölkələrin suverenliyi hörmətlə yanaşılmalı, istənilən razılaşma qarşılıqlı faydaya əsaslanmalıdır. Müəyyən sərhədlər var və Çin prinspial məsələlərdə kompromisə getməyəcək. Çinin gərginlik dönəmində iqtisadiyyatını sağlam əsaslar üzərində inkişaf etdirmək üçün yetərincə resursu var".

Qeyd edək ki, ABŞ və Çin arasında ticarət müharibəsi ötən həftə yeni kulminasiya nöqtəsinə çatıb. Çin iyunun 1-dən başlayaraq ABŞ-dan ixrac edilən 5140 məhsula 60 milyard dollar həcmində gömrük rüsumu tətbiq edib. Pekin bununla ABŞ-ın Çin mallarına yüksək gömrük rüsumu tətbiq etməsinə cavab verib. Pekin eyni zamanda ABŞ-a nadir metalların ixracını məhdudlaşdıracağı ilə də təhdid edib. Bu nadir metallar elektronika və avtomobillərin istehsalında istehsal edilir və ABŞ həmin metalların 80 faizini məhz Çindən idxal edir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Çin mallarına 200 milyard dollar dəyərində yüksək idxal gömrük rüsumu tətbiq edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR