• DÜNYA

    10:30 29 sentyabr 2019

Çin BMT-ni Şimali Koreyaya qarşı sanksiyaları yumşaltmağa çağırıb

Çin BMT Təhlükəsizlik Şurasını Şimali Koreyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirəyə etməyə çağırıb.

ONA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər naziri Van İ BMT Baş Assambleyasında çıxışında deyib ki, Təhlükəsizlik Şurası Koreya yarımadasında gərginliyin azalmasını nəzərə almalıdır.

Çin XİN rəhbəri yarımadada siyasi həll yollarının axtarılması üçün belə bir addımın atılmasını vacib sayıb. Van İ Şimali Koreyanın dialoqa hazır olduğunu nümayiş etdirdiyini vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR