Çin "Boeing 737 MAX 8" təyyarələrinin istifadəsinə müvəqqəti qadağa qoyub.
ONA-nın RT-yə istinadən yaydığı xəbərə görə, bu haqda Çinin mülki aviasiya idarəsinin bəyanatında bildirilib.
Qərarın səbəbi kimi bu tipli təyyarələrin ard-arda eyni formada qəzaya uğraması göstərilib.
Qeyd edək ki, martın 10-u səhər Efiopiyada göyərtəsində 157 sərnişinin olduğu “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.