• DÜNYA

    08:20 28 avqust 2020

Çin diplomatı: “Trampın COVID-19-u "Çin virusu" kimi təqdim etməsi qəbuledilməzdir”

Çinin Xarici İşlər naziri Uang Yi koronavirusun ilk dəfə ölkəsində meydana gəlməsi ilə bağlı fikirlərin düzgün olmadığını söyləyib.

APA Reuters-ə istinadən xəbər verir ki, Çinin baş diplomatı bu barədə avqustun 27-də Norveç Xarici İşlər naziri İne Eriksen Soreide ilə Oslo şəhərində keçirilən mətbuat konfransında bildirib.

Uang Yi qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatına virusun olduğunu ilk dəfə rəsmi Pekinin bildirməsi COVID-19-un Çində meydana gəldiyini ifadə etmir: "Əslində, son aylar ərzində virusun dünyanın müxtəlif yerlərində aşkar edilməsi barədə də hesabatlar var.

Virus ilk dəfə haradan yaranması və bunun necə baş verməsi elm adamlarının, tibb mütəxəssislərinin öhdəsinə buraxılmalıdır”.

Çinin XİN başçısı məsələni siyasiləşdirməməyi, eyni zamanda ölkəsinin adının ləkələnməmısini tövsiyə edib.

O, ABŞ Prezidenti Donald Trampın COVID-19-u açıq-aşkar "Çin virusu" kimi təqdim edilməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR