• DÜNYA

    05:11 21 yanvar 2021

Çin, Pompeo da daxil olmaqla 28 ABŞ vətəndaşına qarşı sanksiya tətbiq edib

Çinin Xarici İşlər Nazirliyi sabiq prezident Donald Tramp administrasiyasının Dövlət katibi də daxil olmaqla, 28 ABŞ vətəndaşına qarşı sanksiya tətbiq edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Siyahıda Ağ Evin Ticarət üzrə Milli Şuranın rəhbəri Piter Navarro, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayn, ABŞ-ın BMT-dəki səfiri Kelly Kraft, ABŞ-ın sabiq Səhiyyə naziri Aleks Azar və Trampın Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton da yer alır.

Bəyanatda bu şəxslərin, onların ailə üzvlərinin, eləcə də əlaqəli şirkət və təşkilatların Çinə, Makaoya, həmçinin, Honqkonqa girişi, bu ərazilərdə fəaliyyət görmələri qadağan edilib.

Qeyd edək ki, sözügedən bəyanat ötən gün ABŞ Dövlət Katibi Mayk Pompeonun Çinin Uyğur Muxtar Bölgəsində uyğurlara qarşı soyqırımı faktlarının olması ilə bağlı açıqlamasına cavab olaraq verilib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR