• DÜNYA

    14:13 2 may 2019

Çin uyğurlara nəzarət üçün mobil proqramdan istifadə edir

Çin polisi Sincan əyalətində yaşayan 13 milyon uyğur və digər türk mənşəli müsəlmanlar haqqında məlumatları toplamaq üçün mobil proqramdan istifadə edir.

ONA-nın xəbərinə görə bu barədə "Human Rights Watch" (HRW) təşkilatı öz hesabatında yazıb.

İnteqrasiya edilmiş Birgə Əməliyyatlar Platforması (Integrated Joint Operations Platform) kimi tanınan proqramdan fərdlərin boyu və çəkisi ilə bağlı məlumatları toplamaq və üz tanıma üçün istifadə olunur.

Şəxsi məlumatların toplanması ilə yanaşı, proqram şübhəli şəxslər, nəqliyyat vasitələri və hadisələr barədə məlumatlar olarsa, onları polisə yönləndirməyi təklif edir.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR