Çin bu il özünün ilk üzən atom elektrik stansiyasının (AES) tikintisinə başlayacaq.
ONA-nın “Global Times” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Çin Atom Enerjisi İnstitutunun rəhbəri Lo Tsi bildirib.
Üzən AES-dən şelfdə neft və qaz yataqlarında platformaların enerji təminatı, o cümlədən adalarda aparılan işlərdə istifadə ediləcək. L. Tsi deyib ki, üzən AES böyük yer tutmur, zəlzələdən zərər görmür və ətraf mühiti çirkləndirmir.
KİV AES-in tikintisinin 2,1 milyard dollara başa gələcəyini yazıb. Üzən AES-in 2021-ci ildə istismara veriləcəyi gözlənilir.