• DÜNYA

    17:23 31 may 2019

Çin xarici şirkətlərin “qara siyahı"sını tərtib edəcək

Rəsmi Pekin Çinin iqtisadi sahədə qanunlarını və maraqlarını pozan xarici təşkilatların “qara siyahısını” tərtib edəcək.

ONA “İnterfax”-a istinadən bildirir ki, bu addım Çin və ABŞ arasındakı münaqişəni dərinləşdirəcək və minlərlə xarici şirkəti təhlükəyə atacaq.

“Bazar qaydalarına tabe olmayan, müqavilələrin şərtlərini pozan, qeyri-işgüzarlığa görə malların çatdırılmasını məhdudlaşdıran xarici şirkətlər, təşkilatlar və fərdi şəxslər qara siyahıya salınacaq”, - deyə Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Qao Fen bildirib.

Onun sözlərinə görə, bəzi şirkətlərin əməlləri Çinin milli təhlükəsizliyini təhlükə altına alır və qlobal iqtisadiyyat üçün mənfi nəticələnə bilər.

Q. Fen “qara siyahı”ya hansı şirkətlərin daxil ediləcəyi haqda məlumat verməyib.

Çinli rəsmilərin fikrincə, “qara siyahı” dünya iqtisadiyyatını və beynəlxalq ticarət sisteminin təhlükəsizliyini təmin edəcək və ticarət proteksionizmi ilə mübarizəyə təkan verəcək.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR