"Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında gözlənilən görüş Koreya yarımadasının nüvəsizləşdirilməsinə və regionda sülhün təmin edilməsinə töhfə verəcək".
ONA-nın xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lu Kan bildirib.
“Rusiya və Şimali Koreya Çinin yaxşı qonşularıdır və biz iki ölkə arasında əlaqələrin gücləndirilməsini məmnuniyyətlə müşahidə edirik", - deyə L.Kan qeyd edib.
L. Kan həmçinin rəsmi Pxenyanın Vaşinqtonla yaxınlaşmasının davam edəcəyinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, Şimali Koreyanın nüvəsizləşdirilməsinə səbəb olacaq: “Biz ümid edirik ki, Şimali Koreya və ABŞ arasında dialoq davam edəcək və bu da müsbət nəticələr gətirəcək”.
Qeyd edək ki, Vladimir Putin və Kim Çen In arasında görüş aprelin sonuna qədər Vladivostokda keçiriləcək.