• DÜNYA

    01:51 24 aprel 2019

Çin yeni atom sualtı qayığını nümayiş etdirib

Çinin Hərbi Dəniz Qüvvələri Tsindao limanında yeni atom sualtı qayığını nümayiş etdirib.

ONA TASS-a istinadən xəbər verir ki, sualtı qayıq Çin Xalq Azadlıq ordusunun 70 illiyinə həsr olunmuş hərbi paradda nümayiş olunub.

094B Jin-B layihəsinə aid olan sualtı qayıq Çinin istehsal etdiyi ən böyük qayıqdır.

Üzərində 7 min kilometrə qədər məsafədə hədəfi nurmağa qadir olan 12 parçalanan Julang-2A ballistik raketi yerləşdirilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR