• DÜNYA

    08:03 9 aprel 2019

Çində 10 nəfər qar uçqununun altında qalıb

Çinin şimal-qərbindəki Sintzyan-Uyğur muxtar vilayətinin Urumçi bölgəsində 10 nəfər qar uçqununun altında qalıb.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda həmin ərazidə xilasetmə işləri aparılır.

Son məlumata görə, qar uçqunu altında qalanlardan biri yüngül, digər bir nəfər isə ağır travma alıb. Onların üzərində GPS ötürücüsü, bir sutkaya kifayət edəcək qədər qida və peyk telefonu olub. Xilasedicilərlə də bu yolla əlaqə saxlaya biliblər.

Xilasedicilər əraziyə yollansalar da, güclü qarın yağması səbəbindən həmin nöqtəyə hələlik yaxınlaşa bilmirlər. Xilasetmə işlərinə iki helikopter də cəlb olunub. Havanın sərt olması helikopterin də əraziyə yaxınlaşmasına imkan vermir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR