Çinin cənubundakı Quandun əyalətinin Şençjen şəhərində avtomobilin piyadaları vurması nəticəsində 3 nəfər ölüb.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, insident yerli vaxtla 19:20-də baş verib.
Bildirilir ki, sürücü yol kəsişmələrinin birində idarəetməni itirib və avtomobil piyadaları vurub. Qəzada bir neçə nəfər də xəsarət alıb. Onların sayı hələlik açıqlanmır.
Polis qəzadan sonra 23 yaşlı sürücünü saxlayıb. Onun dediyinə görə, qəfildən özünü pis hiss edib və sükana nəzarəti itirib.