• DÜNYA

    08:03 15 aprel 2020

Çində baş vermiş avtoqəzada 11 nəfər ölüb

Çinin şimal-şərqində yerləşən Szilin əyalətində baş vermis avtoqəza zamanı 11 nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb.

APA “TASS”-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 05:30-da qeydə alınıb. İnsident zamanı üç avtomobil – miikroavtobus, minik maşını və yük maşını toqquşub. Daha sonra yanğın da baş verib.

Hazırda yerli təhlükəsizlik orqanları yol qəzasının səbəblərini araşdırır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR