• DÜNYA

    04:05 18 iyun 2019

Çində baş vermiş zəlzələ nəticəsində 11 nəfər ölüb, 100-dən çox yaralı var

Çinin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artaraq 11 nəfərə çatıb, daha 122 nəfər də xəsarət alıb.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Bundan bir qədər əvvəl azı 6 nəfərin öldüyü, 75 nəfərin də xəsarət aldığı deyilirdi.

Qeyd edək ki, 5,9 maqnitudalı zəlzələ yerli vaxtla saat 22:50-də (Bakı vaxtı ilə 17:50) Sıçuan və Quyçjou əyalətlərinin sərhədində baş verib. Yeraltı təkanların episentri Çannin rayonundan 19 km cənub-şərqdə, 10 km dərinlikdə qeydə alınıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR