Çin rəsmiləri ölkə ərazisində 16 yeni koronavirusa yoluxma halının aşkarlanması barədə açıqlama yayıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu, 17 mart tarixindən bəri bir gündə ən az virusa yoluxma sayıdır.
ÇXR Milli Səhiyyə Komissiyasının məlumatına görə, yoluxanların 9-u ölkəyə xaricdən gələnlərdir, qalanları isə ölkə ərazisində yoluxub. Koronavirusdan yeni ölüm faktı isə qeydə alınmayıb.
18 aprel tarixinə olan məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 735 nəfər təşkil edir, 4632 nəfər isə bu virusa yoluxma nəticəsində həyatını itirib.