• DÜNYA

    17:14 5 fevral 2023

Çində bir magistralda qəzalarda 16 nəfər ölüb, 66 nəfər yaralanıb

Çində ötən gün 49 avtomobilin iştirakı ilə baş verən qəzalarda 16 nəfər ölüb, 66 nəfər xəsarət alıb.

ONA-nın Çin Mərkəzi Televiziyasına istinadən verdiyi xəbər görə, qəzalar Hunan əyalətində magistralda baş verib.

Beş böyük qəzadan birində 7 nəfər, digər üç qəzanın hər birində isə 3 nəfər ölüb. Sonrakı qəzalarda ölən olmayıb. Qəzalar zamanı bir neçə avtomobil yanıb.

Bir magistralda bir gündə çoxsaylı insan tələfatına səbəb olan qəzaların səbəbi araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR