Çinin mərkəzi Hubey əyalətində ibtidai məktəbinə silahlı hücum edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin cəhdinə baxmayaraq, onlardan 8-i dünyasını dəyişib.
Hücum tədris ilinin ilk günü saat 08:00 radələrində olub. Polis cinayətkarı tez bir zamanda yaxalaya bilib. Cinayətkarın 40 yaşında yerli sakin olduğu məlum olub.
Lakin hadisənin hansı səbəbdən törədildiyi barədə heç bir məlumat verilməyib.