• DÜNYA

    07:41 22 mart 2019

Çində kimya zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb - YENİLƏNİB

Çində kimya zavodunda baş vermiş dəhşətli partlayış nəticəsində ölənlərin sayı 47 nəfərə matıb.

ONA-nın verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bundan əvvəl 44 nəfərin öldüyü deyilirdi.

Çin Xalq Respublikasının sədri Si Tsinpin faciənin səbəblərinin dərhal araşdırılması, köməyə ehtiyacı olan insanlara hər cür yardımın olunmasına dair göstəriş verib.

Hadisədən sonra xəstəxanalara ümumilikdə 640 nəfər müxtəlif xəsarətlərlə müraciət edib.

***

Saat 06:21

Çinin şərqindəki Yançen şəhərində kimyəvi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb, daha 90 nəfər ciddi xəsarət alıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin meri Tsao Lubao mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaralılardan 32 nəfərinin vəziyyəti kritikdir, daha 58 nəfəri isə ağır vəziyyətdədir. Yüngül xəsarət alanların sayı barədə hələlik bir rəqəm deyilməyib. Yaralılar 16 xəstəxanaya yerləşdirilib. Ümumilikdə təxminən 640 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara müraciət edib.

Xilasetmə işlərinə və hadisənin fəsadlarının aradan qaldırılmasına 200-dək yanğınsöndürən, 930-dan çox hərbçi və ağır texnikalar cəlb olunub.

***

Saat 19:49

Bu gün Çinin Yançenq şəhərində kimya zavodunda partlayış baş verib.

ONA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.

Pestisid istehsal edən zavoda öncə partlayış olub, daha sonra yanğın başlayıb. Yerli vaxtla saat 17.00-a qədər 31 nəfəri xilas etmək mümkün olub.

Xilasetmə əməliyyatları davam edir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR