• DÜNYA

    10:44 24 aprel 2019

Çində kimyəvi zavodda partlayış baş verib, 3 nəfər ölüb

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunda kimyəvi zavodda partlayış baş verib.

ONA “Xinxhua” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Bildirilir ki, hadisə yerli vaxtla 2:55-də baş verib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR