• DÜNYA

    07:49 18 fevral 2020

Çində koronavirus qurbanlarının sayı 1868-ə çatıb


Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə yüksəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların 12.5 mindən çoxu sağalaraq xəstəxanalardan buraxılıb.

Məlumata görə, ölkədə gün ərzində koronavirusdan 98 nəfər ölüb, 1701 nəfər isə sağalıb. Sutka ərzində yoluxanların sayı 1,8 min artaraq ümumilikdə 72,4 min nəfəri keçib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR