Son 3 həftədə Çində koronavirusa yoluxan ağır xəstələrin sayı azalıb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Çinin Səhiyyə üzrə Dövlət Komitəsinin nümayəndəsi Mi Fen bildirib.
M. Fen bunun xəstəliyə qarşı effektiv mübarizənin göstəricisi olduğunu vurğulayıb. O, yanvarın 28-də virusa yoluxanların 32,5 faizinin ağır durumda olduğu halda fevralın 15-də bu göstəricinin 21,6 faizə düşdüyünü nəzərə çatdırıb. Hubey əyalətində isə bu göstərici 18,4 faizdən 11,1 faizə enib.
Qeyd edək ki, Çin 321 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına Hubey əyalətinin inzibati mərkəzi Vuhan şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyinin yayıldığı barədə məlumat yverib. Mütəxəssislər bunun yeni tip koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.
Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb, 1665 nəfər ölüb.