Çində yeni növ koronavirus infeksiyasına yoluxanların 70%-dən çoxu tam sağalıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Gebreyesus brifinq zamanı bildirib.
“Çində qeydə alınmış 80 min yoluxma hallarının 70%-dən çoxu yeni növ koronavirus infeksiyasından xilas olub”, - təşkilat sədri belə deyib.
ÜST-ün hesablamalarına görə, bu rəqəm 58,6 mindən çoxdur. Bundan əlavə, Çində virus nəticəsində ölənlərin 20%-i 80 yaşdan yuxarı insanlardır, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər arasında 13%, diabet xəstələri arasında 9%, tənəffüs problemi olan insanlar arasında isə 8% ölüm halları qeydə alınıb. Xərçəng xəstələrində isə 7,5% ölüm baş verib.