• DÜNYA

    06:47 1 fevral 2020

Çində koronavirusdan ölənlərin sayı 259 nəfərə, yoluxanların sayı isə 11,7 min nəfərə çatıb

Çində yeni növ 2019-nCoV virusunun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 11,7 min nəfəri keçib, 259 sakin isə bu virusdan ölüb.

APA xəbər verir ki, bu barədə “Vanyi” informasiya portalı regional hakimiyyət orqanlarının məlumatlarına istinadən məlumat verib.

Cümə günü səhər ÇXR Gigiyena və Sağlamlıq Komitəsi 9692 nəfərin koronavirusa yoluxması və 213 nəfərin ölməsi haqqında məlumat verib. Yenilənən məlumatlara görə, aşkar olunan xəstəliklərin sayında birinci yeri Hubey əyaləti (7,1 mindən çox yoluxma, 249 ölü) və bu əyalətin inzibati mərkəzi olan Uhan tutur. Bunun ardınca Çjetszyan (537 nəfər), Quandun (436) və Henan (352 hadisə, iki ölümcül) əyalətləri gəlir.

Artıq Pekində 139 nəfər yoluxma (bir ölü), Rusiya ilə həmsərhəd Heyluntszyan bölgəsində - 59 yoluxma, iki ölü qeydə alınıb. Ən az yoluxma hallarının qeydə alındığı əyalətlər arasında Çinin Tibet Muxtar Vilayəti, Tsinxay, Quyçjou və Tszilin əyalətləri, habelə Sintszyan-Uyğur Muxtar vilayəti var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR