• DÜNYA

    02:33 6 dekabr 2020

Çində mədəndə partlayış nəticəsində 23 nəfər ölüb

Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərinin yaxınlığında mədəndə baş verən partlayı nəticəsində 23 nəfər ölüb.

APA Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, qaz sızması nəticəsində partlayış dekabrın 4-də baş versə də qurbanlar barədə heç bir məlumat verilməmişdi.

Hadisə zamanı mədəndə 24 nəfərin olduğu bildirilirdi. Şənbə günü xilasedicilər mədəndən 23 nəfərin cəsədini çıxarıb. Bir şaxtaçı sağ qalıb.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR