Çinin Henan əyalətinin Sanmensya şəhərində qaz hasilatı zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
ONA xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 19 nəfər ağır xəsarət alıb, daha 5 nəfər itkin düşmüş hesab olunur. Bundan əvvəl 2 nəfərin öldüyü, 18 nəfərin xəsarət aldığı, daha 12 nəfərin itkin düşdüyü deyilirdi.
Qeyd edək ki, partlayış ötən gün yerli vaxtla 17:50-də baş verib. İnsidentdən sonra zavodun fəaliyyəti tamamilə dayandırılıb. Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir. Partlayışın səbəbləri araşdırılır.