Çinin şimal-şərqindəki Xeylunszyan əyalətində şaxtanı su basıb, nəticədə 19 nəfər qapalı vəziyyətdə qalıb.
ONA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
İnsident Syunke bölgəsində yerləşən dəmir filizi mədənində baş verib. Hadisə vaxtı mədəndə 43 şaxtaçı olub ki, onların 24-ü xilas olmağı bacarıb.
Hazırda yerin altında 19 şaxtaçı köməksiz vəziyyətdə qalıb. Ərazidə xilasetmə işləri aparılır.