• DÜNYA

    05:16 26 mart 2020

Çində son sutkada 6 nəfər koronavirusdan ölüb

Son bir gündə Çində yeni növ koronavirus infeksiyasından altı nəfər ölüb, xaricdə yoluxub ölkəyə qayıdan insanların sayı 67 nəfər artaraq 541 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, Çində epidemiyanın baş verdiyi bütün dövr ərzində yoluxmuş insanların 91%-i, o cümlədən son bir gündə 401 nəfər sağalıb. Virusun yayıldığı üç ay ərzində yoluxmuşların sayı 81 mini keçib, infeksiya nəticəsində rəsmi ölüm səviyyəsi – 4% (3287 nəfər).

Artıq bir neçə gündür ki, ÇXR-də yerli yoluxma halları qeydə alınmır. Xəstəliyə yoluxanların böyük əksəriyyəti xaricdən, ümumiyyətlə, Avropa ölkələrindən və ABŞ-dan gəlir. Epidemiyanın təkrarlanmasının qarşısını almaq üçün rəsmilər ölkəyə gələnlər üçün iki həftəlik məcburi karantin tətbiq edirlər.

Son məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 14,7 mindən çox insan ÇXR həkimlərinin nəzarəti altındadır. Ölkədə virusa yoluxmaqda şübhəli bilinən 159 nəfər var, onlar da karantindədir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR