Çinin Xubey əyalətində avtomobilin piyadalara çırpılması nəticəsində azı 7 nəfər ölüb, bir o qədər də xəsarət alan olub.
ONA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "CGTN" telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, insident yerli vaxtla saat 06:00-da Szaoyan şəhər dairəsində baş verib.
Avtomobilin sürücüsünün polis tərəfindən güllələndiyi deyilir. İnsidentin motivi hələlik açıqlanmır.