• DÜNYA

    10:41 5 may 2019

Çində tələbələrin yaşadığı bina yanıb, 5 nəfər ölüb, 27 nəfər xəsarət alıb

Çinin Quandun əyalətində yaşayış binasında yanğın baş verib.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Xayfen rayonunda Quansi Pedaqoji Universiteti yaxınlığında yerləşən altımərtəbəli binada əsasən tələbələr kirayədə qalıb.

Yerli vaxtla səhər saat 06.00 radələrində birinci mərtəbədə elektrik xətlərində qısaqapanma nəticəsində yanğın başlayıb. Yanğınsöndürənlər hadisə yerinə çatana qədər 5 nəfər ölüb. Yanğında xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 6-ı ağır yanıq xəsarəti alıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR