• DÜNYA

    05:33 22 yanvar 2020

Çində yeni növ pnevmoniyaya yoluxanların sayı 324 nəfərə çatıb

Çində yeni növ koronavirus xəstəliyinə yoluxanların sayı 324 nəfərə çatıb.

APA xəbər verir ki, belə bir məlumat Çin Mərkəzi Televiziyası tərəfindən yayımlanıb.

Buna qədər rəsmilər 309 yoluxma hadisəsi olduğunu bildirirlər. TV-nin məlumatına görə, yerli vaxtla saat 07:00-dək (Bakı vaxtı ilə 03:00) ölkənin 14 bölgəsində yoluxma halları aşkarlanıb.

Yoluxmaların əksəriyyəti – 270 – inzibati mərkəzi Uhan şəhəri olan Hubey əyalətində, daha 17 yoluxma halı ölkənin cənubundakı Quandun əyalətində, Pekində 10, Şanxayda 6, hər birində 5 nəfər olmaqla Çjetzyan əyalətində və Çuntsin şəhərində qeydə alınıb.

Honkonq rəsmiləri isə virusa dair 117 şübhəli yoluxma aşkar edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR