• DÜNYA

    10:40 31 mart 2019

Çində zavoda partlayış olub, 7 nəfər ölüb

Bu gün Çinin Tszyansu əyalətinin Kunşan şəhər dairəsində zavoda yanğın və partlayış olub.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 07.00 radələrində baş verən hadisə nəticəsində 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Öncə zavodun ərazisində yanğın başlayıb, daha sonra konteyner partlayıb.

Hadisənin səbəbi araşdırılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR