Çinin Hubey əyalətində yeni növ 2019-nCoV virusunun səbəb olduğu pnevmoniyaya yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 103 nəfər də artaraq 974 nəfərə çatıb. 2222 nəfər bu virusdan xilas olub.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin yaydığı məlumatda deyilir.
Məlumata görə, əyalətdə koronavirusa yoluxanların sayı son sutkada 2097 nəfər artaraq, ümumilikdə 31728 nəfərə çatıb.